Bakıda 44 yaşlı kişi özünü asaraq intihar edib. "Report"un xəbərinə görə hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birində 1973-cü il təvəllüdlü Valehov Valeh Bəxşiş oğlu özünü şalvarının kəməri ilə asaraq intihar edib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.