Bakıda qadın bıçaqlanıb, çantası oğurlanıb

2-05-2017, 07:54           
Bakıda qadın bıçaqlanıb, çantası oğurlanıb
Bakıda qadın bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə “Azadlıq” metrostansiyasının yaxınlığındakı parkda baş verib. 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hadisə barədə polisə məlumat verilib. Qadın polisə ilkin ifadəsində bildirib ki, parkda gedərkən ona naməlum şəxslər yaxınlaşıb və bıçaqla hədələyərək, çantasını tələb edib. 30 yaşlı qadın müqavimət göstərməyə çalışıb. Bu vaxt naməlum şəxslərdən biri bıçaqla ona xəsarət yetirib. Quldurluq əməlini törədənlər çantanı da götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. 30 yaşlı Samirə Məhərrəmovaya qarşı quldurluq edənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.
[media=https://www.youtube.com/watch?v=mXqXDpNdLIU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru