Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

2-05-2017, 07:55           
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilən Məhsəti qəsəbə sakini, 1985-cü il təvəllüdlü Sakit Alıyev xəstəxanada dünyasını dəyişib.

S. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

22:50

Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1985-cü il təvəllüdlü Sakit Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

S. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru