Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin mart ayından etibarən həbsdə olan azərbaycanlı iş adamı Rza Zərrab bu gün yenidən hakim qarşısına çıxacaq.
Axar.az xəbər verir ki, məhkəmə Riçard Bermanın hakimliyi altında Bakı vaxtı ilə 22:00-da baş tutacaq.
İttihamçı tərəf Rza Zərrabın 75 il həbs olunmasını və 50 milyon dollar cərimələnməsini tələb edir.
Qeyd edək ki, Rza Zərrab “Nyu York Metropaliden” həbsxanasında məhbusdur.