Venesuelada iki avtobusun toqquşması nəticəsində azı 13 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza ölkənin cənub-şərqində, Ansoateqi və Bolivar ştatlarının sərhədində baş verib. Məlumata görə, avtobuslarda paytaxt Karakasda təşkil olunan 1 May mitinqinin iştirakçıları olub.
Məlumata görə, sürücülərdən birinin əyləcdən qəfil istifadə etməsi qəzaya səbəb olub.