Suriyada Rusiya ordusunun polkovnik-leytenantı snayper gülləsindən ölüb
3-05-2017, 07:51
Rusiyanın hərbi müşaviri Aleksey Buçelnikov Suriyada hökumət qüvvələrinin snayperdən atəşə tutulması nəticəsində ölüb. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb. Qeyd olunur ki, Buçelnikov Suriyada hökumət qoşunlarının topçularına təlim keçməklə məşğul olub. "Döyüş hazırlığı üzrə təlim keçirilən zaman Suriya hərbçiləri yaraqlılar tərəfindən snayper atəşinə tutulub. Polkovnik-leytenant Buçelnikov ölümcül güllə yarası alıb", - deyə nazirliyin məlumatında bildirilir.