Zakir Həsənov peşəkar hərbçini vəzifəyə gətirdi

3-05-2017, 09:33           

Azərbyacan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə nizam-intizam tədbirlərinin daha da gücləndirilməsi məqsədilə bəzi tədbirlərin həyata keçirilməsinə başlayıb.

Axar.az xəbər verir ki. bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə naziri Zakir Həsənovun kadr islahatını şərh edərkən yazıb. Ekspert qeyd edib ki, nazirin müvafiq əmri ilə polkovnik-leytenant Möhübbət Balayev MN Hərbi Polis İdarəsinin Qoşun Xidmətinin rəisi vəzifəsinə təyin edilib:

“Yeni təyinat alan zabit uzun illərdir, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət keçmiş peşəkar mütəxəssislərdən biridir”.

Ekspert sonda xatırladıb ki, ötən ilin sonunda müdafiə naziri Hərbi Polis İdarəsinin rəisi polkovnik Azad Ağayevi xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edərək aşağı vəzifəyə, Qoşun Xidmətinin rəisi polkovnik Naum Əkbərovu isə hərbi rütbəsi bir pillə aşağı salınaraq Silahlı Qüvvələr sırasından ehtiyata tərxis etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru