Lənkəranskinin qatili kimdən 10 milyon avro istəmişdi? - ŞOK DETALLAR
3-05-2017, 13:30
Adı Rövşən Lənkəranskinin qətlində hallanan Cabir Həsənovla bağlı bəzi məlumatlar əldə etmişik. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Azərbaycanda 3 dəfə məhkumluq həyatı yaşayandan sonra Cabir Samara vilayətinin Tolyatti şəhərinə gəlir. Burada isə kriminal qruplaşma yaradır. Özünü regionda Lotu Qulinin “smotrayuşi”si kimi təqdim edən Həsənov Tolyattidə yaşayan azərbaycanlı biznesmen Kamal Quliyevin oğurlanmasın təşkil edir. Şəhərdəki “Olimp”, “Asya”, “Rales” kimi şirkətlərin sahibi olan 43 yaşlı biznesmen 7 yaşlı oğlunun idman dərsindən götürmək üçün gələndə oğurlanır. Hadisə yerindən onun saatı və pencəyinin düymələri tapılır.
Kamal Quliyevi oğurlayan dəstə onu qonşu Saratov vilayətindəki kəndlərdən birinə gətirirlər. Bundan sonra onun ailəsinə xəbər göndərirlər ki, 10 milyon avro müqabilində Quluyevi azad edə bilərlər, əks halda o, öldürüləcək.
Amma bu vaxt hadisələr tamam başqa istiqamətdə cərəyan edir. Cabir Həsənovun dəstəsində olan Maqsud adlı şəxs biznesmenin girovluqdan xilas olmasına kömək edir, Kamal Quliyev qaçmağa müvəffəq olur.
Quliyevin qaçdığını görən Həsənov və dəstənin başqa bir üzvü Teymur Məmmədov da Rusiyanı tərk etmək məcburiyyətində qalırlar. Teymur Məmmədov indiyədək federal axtarışdadır.
İş adamının oğurlanmasında iştirakına görə dəstənin digər üzvləri Allahverdi Allahverdiyev, Qurbanov M.B, Əzizov Azizova İ.İ və ata-oğul Məmmədovların işi isə məhkəməyə göndərilib.
**
11:15
Rövşən Lənkəranskinin qətlində iştirak edən killerin Sankt-Peterburqda öldürülməsiylə bağlı məlumat yayılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, söhbət 42 yaşlı Cabir Həsənovdan gedir. Həsənov bu il aprelin 28-də Sankt-Peterburqda qətlə yetirilib.
Cabir Həsənov Azərbaycanda bir neçə dəfə məhkum həyatı yaşayıb. Azadlığa çıxandan sonra isə Rusiyanın Samara şəhərinə gedib. Orada azərbaycanlı iş adamının oğurlanmasında şübhəli bilinib və federal axtarışa verilib. Bundan sonra isə Türkiyədə gizlənib. Lənkəranski öldürülən vaxt isə məhz İstanbulda olub. Onun üzərindən Cümşüd Həsənovun adına olan saxta pasport çıxıb.
Rusiya KİV-in iddiasına görə, “Lotu Quli”ylə də yaxın münasibəti olan Həsənov Lənkəranskinin qətlində iştirak edib.