Polis Bakıda mənzilə quldur basqınının qarşısını aldı - FİLM KİMİ OLAY

3-05-2017, 14:54           
Polis Bakıda mənzilə quldur basqınının qarşısını aldı - FİLM KİMİ OLAY
Bakıda ağır cinayət əməlinin qarşısı alınıb, üç gənc qızın həyatı xilas edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadənin virtualaz.org-a verdiyi açıqlamaya görə, bu gün səhər saat 5 radələrində DİN-in Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun iki əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonunun Nizami küçəsindəki mənzillərdən birinin eyvanında səs-küy yarandığını, bu zaman bir qızın özünü ikinci mərtəbədən yerə atdığını görüblər.

“Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarından R.Şahgəldiyev eyvanın altında dayanaraq qorxudan eyni hərəkətləri təkrarlamaq istəyən daha 2 qızı fikirlərindən daşındırıb, onlara təmkinli olmalarını bildirib, sonra hadisə yerinə təcili yardım briqadasının gəlməsini təmin edib”, - mənbə bildirib.

Həmin vaxt digər polis serjantı R.Mirələkbərov isə öz cinayətkar niyyətini reallaşdırmaq üçün həmin mənzilin qapısını sındırmağa cəhd edən və küt alətlə əməkdaşa şiddətli müqavimət göstərən Şabran rayon sakini Yaşar Əsədovu əlbəyaxa döyüş fəndi ilə zərərsizləşdirib. Y.Əsədov 22-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş 18 yaşlı qızın kollec tələbəsi Könül Əmiraslanova olduğu müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru