Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub, xəsarət alanlar var - FOTO

4-05-2017, 08:32           
Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub, xəsarət alanlar var - FOTO
Bakıda Türkiyə və İran vətəndaşları olan sürücülər arasında kütləvi dava olub.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsindəki "Tır parkı" adlanan ərazidə baş verib.
Belə ki, hər iki ölkənin vətəndaşları olan sürücülər arasında həmin ərazidə fəaliyyət göstərən kafedə mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Sürücülər dava zamanı kafedəki əşyalardan da istifadə ediblər.
Hadisə nəticəsində Türkiyə və İran vətəndaşları, habelə kafenin ofisiantı da daxil olmaqla, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan birinə - İran vətəndaşına ilkin tibbi yardım göstərilib.
İnsident zamanı xəsarət almış digər şəxslər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar: kafenin işçisi, 48 yaşlı Nəsirova Zeynəb Allahşükür qızı, 41 yaşlı Türkiyə vətəndaşı Altay Bekar, 50 yaşlı İran vətəndaşı Vidadi Rzayi Mənsum oğlu, 30 yaşlı Məlikzadə Mustafa Ümmət oğludur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru