Whatsapp çökdü

4-05-2017, 09:16           

Dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda Whatsapp messencerinin işində fasilə yaranıb.

Bir saatdan artıqdır istifadəçilər messencerdən istifadə edə bilmirlər. Bu ana qədər ismarış yollamaq və almaq mümkün deyil.

Qeyd edək ki, Whatsapp 2.17.163 beta-versiyasını bir neçə gündür test edir. Yeni versiyada çatların lap yuxarıda sancaqlanması funksiyası istifadəyə verilməlidir. İstifadəçilər istədikləri üç çatı proqram pəncərəsinin yuxarı hissəsinə sancaqlaya biləcəklər. Whatsapp-da yaranmış problemin aparılan testlə bağlı ola biləcəyi ehtimal edilir. Hələlik problemin səbəbi və nə vaxta qədər davam edəcəyi rəsmən açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru