25 nəfərin yandığı avtobus qəzasının TƏFƏRRÜATLARI məlum oldu - FOTO, VİDEO

4-05-2017, 12:47           
25 nəfərin yandığı avtobus qəzasının TƏFƏRRÜATLARI məlum oldu - FOTO, VİDEO
Sürücü səhlənkarlığı qəzaya səbəb olub

Cəlilabadda avtobus qəzasının təfərrüatları məlum olub. İstiPress-in yerli bürosu xəbər verir ki, hadisəyə səbəb sürücünün mikroavtobusa tutumundan artıq sərnişin mindirməsi olub. Belə ki, 14 nəfərlik yer tutumuna malik "Raf" mikroavtobusuna 25 nəfər adam mindirilib.

Ağırlığa dözməyərək aşan avtobusda sərnişinlərə məxsus termoslardakı isti çaylar onların üəzrinə dağılıb. Bunun nəticəsində sərnişinlər yanıq xəsarəti alıb.

Hazırda bütün yaralılar Cəlilabad Mərkəzi Rayon xəstəxanasındadır. Onlardan 9 nəfəri reanimasiya şöbəsindədir.



[media=https://www.youtube.com/watch?time_continue=48&v=z1saoMGHJUs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru