Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü

4-05-2017, 13:21           
Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü
Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.
“Report”un xəbərinə görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.
Faktla bağlı araşdırma aparılır.
teref.az lent.az-a istinadən xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.