Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

5-05-2017, 06:27           

Rusiyada “Robinson” xilasedici helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Başqırdıstanda baş verib.

İnformasiyaya əsasən, helikopterdə olanlar İnzer-Beloretsk rayonunda meşə yanğınını müşahidə edirmiş. Məlumata görə, helikopterin göyərtəsində bir pilot və iki yanğınsöndürən olub.

Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, “Robinson” Rusiyanın “Layt eyr” özəl şirkətinə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru