ABŞ Ukraynaya 560 milyon dollar ayıracaq

5-05-2017, 07:07           
ABŞ Ukraynaya 560 milyon dollar ayıracaq
ABŞ-ın büdcə təxsisatları haqqında qanununda 2017-ci il üçün Ukraynaya ən azı 560 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardıma ən azı 238 milyon dollar sərf edəcək.
Amerika senatorlarının əksəriyyəti 2017-ci maliyyə ili üçün 1 trilyondan çox həcmdə dövlət büdcəsi layihəsini qəbul ediblər. Büdcənin qəbul edilməsi üzrə səsvermə mayın 4-də keçirilib. Qanun layihəsini 79 senator dəstəkləyib, 18 senator bunun əleyhinə çıxıb. Nümayəndələr Palatası büdcəni ötən gün təsdiq edib, ona görə sənədin yekun olaraq qüvvəyə minməsi üçün prezident Donald Trampın onu imzalaması lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru