Avtobus kanala düşdü: 14 ölü, 28 yaralı

5-05-2017, 10:44           

Hindistanın Uttar-Pradeş əyalətində sərnişin daşıyan avtobus bilinməyən səbəblərdən kanala yuvarlanıb. Hadisə nəticəsində avtobusun içərisində olan sərnişinlərdən 14-ü ölüb, 28 isə ağır xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinməsə də, ilkin ehtimallara görə, sərnişinləri toydan gətirən sürücü ya yuxulu olub, ya da içkili.
Hindistanda yolların səliqəsiz və baxımsızlığı səbəbindən tez-tez ağır yol nəqliyyat hadisələri baş verir.
Rəsmi statistikaya görə, hər gün yollarda qəzalar nəticəsində 400 insan həyatını itirir. Bir il ərzində sadəcə yol nəqliyyat qəzalarında 150 min insan həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.