Fransada 90 milyon il əvvəl yaşamış sürünənin qalıqları tapılıb
6-05-2017, 07:19
Fransada paleontoloqlar tərəfindən 90 milyon il əvvəl yaşamış qədim sürünənin qalıqları tapılıb. "Report" "L'express"ə istinadən xəbər verir ki, bu tapıntı əvvəllər yalnız Şimali Afrika və ABŞ ərazisində baş verib. Paleontoloq Peqqi Vinsan qeyd edib ki, nə zamansa Avropada yaşamış bu sürünənin aid olduğu pleziozavrlar qrupu haqqında bu yaxınlara qədər heç nə məlum deyildi.