"AAAF Park" yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb
6-05-2017, 07:20
Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb. "Report" xəbər verir ki, bədbəxt hadisə "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb. Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb. Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.