Qadın xokkey matçı zamanı stadionun tualetində zorlandığını bildirib

6-05-2017, 07:46           

Pittsburq şəhər (Pensilvaniya şatatı, ABŞ) polisinə “Pi-Pi-Ji- Peynts Arena” stadionunun tualetində zorlandığını iddia edən qadından ərizə daxil olub.


AFN bildirir ki, hadisə barədə The Washinqton Post qəzeti məlumat verib.

Adı çəkilməyən zərərçəkmişin sözlərinə görə, hadisə Milli xokkey liqası çərçivəsində “Pittsburq Pinqvins” və “Vaşinqton Kepitals” komandaları arasında keçirilən matçda fasilə zamanı baş verib. Qadın yarım saata yaxın qışqıraraq, yardım istəyib, amma köməyinə heç kim gəlməyib.

“Şəhər polisi bu haqda bizə məlumat verib, biz istintaqa kömək etməyə hazırıq. Polislər nəticə əldə etməyənə kimi, biz hər hansı bir şərh verməyəcəyik”, - Pittsburq stadionunun rəhbərliyi qəzetə belə söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru