Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var

8-05-2017, 08:49           
Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var
Bakıda motosiklet sürücüsü qəza törədib.
"Report" xəbər verir ki, hadisə Səbayel rayonu ərazisində, Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, "Zontes" markalı motosikletin sürücüsü, 1995-ci il təvəllüdlü Həsənov Ramazan Ağasəlim oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə o, səkiyə çırpılıb.
Ağır xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru