Ziya Məmmədovun yaxın qohumu işdən çıxarıldı

8-05-2017, 19:42           
Ziya Məmmədovun yaxın qohumu işdən çıxarıldı
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Elnur Abdullayev tutduğu vəzifədən azad edilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, onun işdən azad edilməsi bu dəqiqələrdə reallaşıb. Onun yerinə Həbib Həsənov təyinat alıb. Elnur Nazim oğlu Abdullayevin yeni vəzifəyə təyinat alacağı gözlənilir.

Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust, 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi.

Bundan əvvəl isə E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Abdullayev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru