Yolda hərəkəti yol polisi yox, kloun tənzimlədi – Bakıda - FOTOLAR

8-05-2017, 20:15           

Kloun yolu bir neçə dəqiqəyə boşaldaraq hərəkəti qaydaya sala bilib
Bakıda yolda tıxac yaranıb, köməyə isə yol polisi yox, kloun gəlib. Hadisə aprelin 30-da "Oazis" restoranının qarşısında baş verib. Bununla bağlı fotoları Avtosfer.az-a oxuculardan biri göndərib. Bildirib ki, restoranın qarşısında yolayrıcı var və hər gün burada pik saatlarda sıxlıq yaranır. Bu dəfə isə ərazidə yol polisi olmadığı üçün restoranda kloun xidməti göstərən şəxs yola çıxaraq hərəkəti tənzimləməyə başlayıb. Bu hadisə sürücülər üçün gözlənilməz olsa da, xoş qarşılanıb. Maraqlısı odur ki, kloun yolu bir neçə dəqiqəyə boşaldaraq hərəkəti qaydaya sala bilib.
Həmin fotoları təqdim edirik:

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru