Rusiyadan yeni qayıdan 47 yaşlı kişi özünü asdı

9-05-2017, 08:26           
Rusiyadan yeni qayıdan 47 yaşlı kişi özünü asdı
Qax rayonunda intihar hadisəsi baş verib.

teref.az "Report"a istinadən məlumatına görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalov özünü ağacdan asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ş.Şamxalov iki həftə öncə Rusiyadan qayıdıb. İntihar edərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru