Biləsuvarda həkimin əl-qolunu bağlayıb evini soydular

9-05-2017, 22:20           

Biləsuvarda naməlum şəxslər həkimin evini qarət ediblər.
Terefi.info “ARB TV”yə istinadən xəbər verir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib. Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər maskalı şəxs onun bayıra çıxan azyaşlı nəvələrini tutublar. Daha sonra evə daxil olan maskalılar Göyçək İbrahimova ilə əlbəyaxa olaraq qolları və ayaqlarını kəndirlə bağlayıb evdə axtarış aparıblar.
Zərərçəkən bildirib ki, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyalarını götürərək oranı tərk ediblər. Hadisədən səhər saatlarında xəbər tutun qonşular ev sahibi və nəvələrinə yardım ediblər.
Məsələ ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Göyçək İbrahimova Biləsuvar Mərkəzi rayon xəstəxanısının laboratoriya-analiz şöbəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru