Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb

10-05-2017, 10:27           
Balakəndə yaşlı kişi sahibsiz itlərin hücumuna məruz qalıb
Balakəndə işə gedən 77 yaşlı fəhləni sahibsiz itlər dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağın baldır nahiyəsinin bir-neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Balakən MRX-dan APA-ya bildirilib ki, Tahir Şahquliyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru