Səhər saat 07:25 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib. "Report"un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Göyçay, Salyan və Biləsuvar rayonlarında təqribən 4 bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.