Latviya Konstitusiyanı Müdafiə Bürosunun (əks-kəşfiyyat) direktoru Yanis Mayzitisin mənzilinə girən naməlum şəxslər onun kompüterini oğurlayıblar.
Trend-in məlumatına görə, Büro rəsmisi bildirib ki, oğurlanan kompüter direktorun şəxsi kompüteri olub və içərisində heç bir gizli informasiya olmayıb.
Kompüterlə yanaşı mənzildən daha bir neçə əşyanın oğurlandığı deyilir.