Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb
11-05-2017, 19:44
Bakının mərkəzində oteldə bıçaqlanma hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı oteldə qeydə alınıb. Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.