"Azərsun Holding"in Ukraynada oğurlanmış yükü tapıldı

12-05-2017, 08:39           
"Azərsun Holding"in Ukraynada oğurlanmış yükü tapıldı
Ukraynada içərisində "Azərsun Holding"ə məxsus 20 ton ət olan maşın, o cümlədən Bakıya Polşadan gətirilən 300 min ABŞ dolları dəyərində dərman yüklü avtomobil oğurlanıb.

teref.az-nun APA-ya istinadən məlumatına görə, "Azərsun Holding"ə məxsus yük Ukraynadakı tədarükçü tərəfindən aparılan danışıqlar nəticəsində azad edilib.

Yük Azərbaycana yola salınıb. "Azərsun Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov faktı APA-ya təsdiqləyib, bildirib ki, yük Holdingin Qafqaz Konserv Zavoduna məxsusdur.

Digər yükdən isə heç bir xəbər yoxdur.

Qeyd edək ki, son bir neçə ay ərzində Ukrayna ərazisində içərisində Azərbaycana məxsus şirkətlərin yükü olan 20-dək maşın oğurlanıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına və Ali Radaya (parlament) müraciət olunsa da, hələlik nəticə yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru