DİN əməliyyat keçirdi - Qızılı “Mercedes” saxlanıldı

13-05-2017, 15:05           
DİN əməliyyat keçirdi - Qızılı “Mercedes” saxlanıldı
Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb.

Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrində DİN-in "Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı 5 ay əvvəl qaçırılmış avtomaşın tapılıb.

Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli "Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb.

Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru