Türkiyə vətəndaşı ABŞ-da terror həyəcanı yaşatdı — qırıcılar havaya qalxdı

21-05-2017, 09:24           

ABŞ-da təyyarədə səfər edən sərxoş Türkiyə vətəndaşı aləmi bir-birinə qatıb.
Los-Anceles aeroportundan havaya qalxan sərnişin təyyarə bir neçə dəqiqə uçub. Bu zaman təyyarədə səfər edən Türkiyə vətəndaşı, 25 yaşlı Anıl U. Qəflətən ayağa qalxaraq qışqırıb. Sərxoş olduğu bildirilən şəxsin əlində dəsmal və notbuk olub. Təyyarədə olan təhlükəsizlik xidmətinin əməkdaşları həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsələr də, Anıl U. Qışqırmaqda davam edib. Polslər onu oturacağa qandal ilə bağlayıblar. Hadisə barədə pilota xəbər verilib.

Təyyarədə terror aktı olacağından ehtiyat edən Amerika hökuməti sərnişin təyyarəsini müşayət etmək üçün “F-22” tipli qırıcıları havaya qaldırıb. Qırıcıların müşayəti ilə sərnişin təyyarəsi yenidən Los-Anceles aeroportuna qaytarılıb.

Təyyarə ener-enməz Anıl U. Dərhal həbs edilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı araşdırmalar aparılır.
Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru