Kanadada dəniz şiri uşağı suyun altına apardı – VİDEO

21-05-2017, 19:35           

Sosial şəbəkədə dəniz şirinin kiçik qıza hücum videosu yayılıb. Hadisə Kanadada, Britaniya Kolumbiyasında baş verib. Heyvan ani olaraq sudan çıxaraq uşağı tutub və onu suyun altına aparıb. Qızın ailə üzvləri və ətrafdakılar onun köməyinə tələsiblər. Nəticədə uşağı xilas etmək mümkün olub.

teref.az-nun SalamNews-a istinadla verdiyi xəbərə görə, onu xilas etmək üçün suya atılan kişi qızı sahildəki insanlara verib, daha sonra onların köməyi ilə özü çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru