"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23-05-2017, 08:40           
"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb
"Mançester arena" stadionunda amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışdan sonra iki şübhəli şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bundan əlavə polis əməkdaşları tərəfindən stadionda olan bir şübhəli paket zərərsizləşdirilib.
Polisin məlumatına görə, hadisə nəticəsində 19 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.
Ehtimala görə, konsertə gələn çoxsaylı yeniyetmələrin olduğu stadionun foyesində mismarla bərkidilmiş partlayıcı qurğu işə düşüb.
Britaniya polisi hadisəni terror aktı kimi nəzərdən keçirir. Partlayışı terrorçu-kamikadzenin də törədə biləcəyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru