Bərdədə banka məxsus inkassator maşını aşıb

23-05-2017, 09:20           
Bərdədə banka məxsus inkassator maşını aşıb
Bərdədə bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Bakı küçəsi ilə hərəkətdə olan “Kamaz” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə “Niva” yoldan çıxaraq aşıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.
“Niva” markalı minik maşını “Zamin bank”a məxsus inkassator olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru