Rusiyada iki azərbaycanlı həbsdən qaçdı – Təhlükə

29-06-2017, 09:07           

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər. Belə ki, bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Aslan Cəlalov və İsmət Hüseynovun Azərbaycana ekstradisiyasına hazırlıq gedirmiş. Onlar bu məsələ ilə bağlı Ruzayevka şəhərindəki təcridxanaya aparılarkən yolda konvoy maşınından düşüb qaçmağa müvəffəq olublar.
Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru