Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR

29-06-2017, 14:26           
Dustaqlar Bakı bulvarında gəzintiyə çıxdı - FOTOLAR
Yetkinlik yaşına çatmayan məhkumlar arasında nümunəvi davranışı ilə seçilənlər Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəsmi saytı məlumat yayıb.

Penitensiar Xidmətin tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan bir qrup məhkum xidmət əməkdaşlarının müşayiətilə müəssisənin hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərdə iştirak edirlər. Məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir Ramazan Bayramı münasibətilə həyata keçirilib.

Yeniyetmələr - Lütfəliyev Əli Elşən oğlu, Hüseynov Elnur Əli oğlu və Sultanov Xəyal Zəki oğlu ilk olaraq Qarabağ döyüşlərinin iştirakçısı, “Veteran qadınlar təşkilatı”nın üzvü Rüxsarə Cumayeva ilə görüşüblər, vətənpərvərlik mövzusunda söhbətlər aparıblar.

Tədbirin sonunda yeniyetmələrə Dənizkənarı Milli Parkda, ticarət və əyləncə mərkəsində gəzinti üçün şərait yaradılıb.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana, məhkumlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru