Şəhid zabitimizin əkiz oğlu doğuldu

30-06-2017, 08:24           
Şəhid zabitimizin əkiz oğlu doğuldu
Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Ovqat.com-un məlumatına görə, Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib. Şahlar Nəzərovun qohumlarının Modern.az-a verdiyi məlumata görə, hər iki uşaq sağlamdır.

Bir müddət öncə şəhid baş leytenantın atası Yaşar Nəzərov saytımıza açıqlamasında bildirmişdi ki, nəvələrindən birinə Şahların digərinə öz adını verəcək.

Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru