Nazir divara işədi - Ölkədə biabır oldu

30-06-2017, 15:27           

Hindistanda kənd təsərrüfatı naziri Radha Mohan Singh ayaqyolu ehtiyacını divar vasitəsilə qarşılayıb. Mühafizəçilər digər tərəfə baxarkən nazir Singhin divara işədiyini əks etdirən fotoşəkil rəqib siyasi partiya tərəfindən mediada bölüşdürülüb.

GoldNews.Az xəbər verir ki, “The İndependent” qəzetinin verdiyi xəbərə görə, fotoşəkil nazir Singhin seçki bölgəsi olan Champarana etdiyi bir ziyarət əsnasında çəkilib.

Radha Mohan Singhin etdiyi hərəkət baş nazir Narendra Modinin Hindistan küçələrini təmizləmək üçün başlatdığı "Swachh Bharat" kampaniyası ilə üst-üstə düşməməsi səbəbiylə tənqid olunur.

2014-ci ildə başladılan kompaniyanın məqsədi 12 milyon tualet inşa edərək, tualet ehtiyacının küçədə qarşılanmasının aradan qaldırılması olub.

“İndependent” xəbəri yayarkən fotoşəkilin orijinallığını təsdiq edə bilmədiyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru