Nyu-Yorkda silahlı insident baş verib, ölən və yaralananlar var - YENİLƏNİB-3
1-07-2017, 07:31
Nyu-Yorkun “Bronks-Lebanon” xəstəxanasında baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb, atəşi açan şəxs intihar edib.
APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York şəhər polis idarəsinin rəhbəri Ceyms Onil bildirib.
“Hadisə nəticəsində bir qadın ölüb, daha 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 5-i ağır yaralanıb. Cinayəti törədən şəxs intihar edib. Onun yanında, xəstəxananın 17-ci mərtəbəsində qadın meyiti aşkarlanıb. Federal Təhqiqatlar İdarəsi insidenti terrorla əlaqələndirmir”, deyə C.Onil qeyd edib.
Qeyd edək ki, Nyu-Yorkun şimal bölgəsində “Bronks-Lebanon” xəstəxanasında silahlı insident baş verib. Odlu silahdan atəş açaraq 1 nəfəri öldürən, 6 nəfəri isə yaralayan xəstəxananın keçmiş əməkdaşı Maykl Bello olub. Nyu-York şəhərinin polis idarəsi faktla bağlı araşdırma aparır.
***
02:14
Nyu-Yorkda xəstəxanada baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb, atəşi açan şəxs intihar edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-Yorkun meri Bill de Blazio bildirib.
O hadisənin terror aktı olmadığını vurğulayıb. Atəşi açan xəstəxananın keçmiş əməkdaşı 45 yaşlı Maykl Bello adlı şəxs olub. Cinayətin motivləri barədə hələ ki, məlumat verilmir.
***
01:18
Nyu-Yorkda xəstəxanada atəş açan şəxs xəstəxanada keçinib.
APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, onun intihar etməsi və yaxud polis tərəfindən zərərsizləşdirilməsi məlum deyil.
Atəşi açan xəstəxananın keçmiş əməkdaşı 45 yaşlı Maykl Bello adlı şəxs olub. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
***
00:28
Nyu-Yorkda xəstəxanada atəş açan şəxs öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.
Hadisə nəticəsində 3 nəfər yaralanıb. İlkin versiyaya əsasən, atəşi açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub.
***
23:40
ABŞ-ın Nyu-york şəhərində xəstəxanada atışma baş verib.
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bronks rayonunda yerləşən xəstəxanaların birində qeydə alınıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.