Pakistanda sərnişin furqonu yanıb, 6 nəfər ölüb, 25-i yaralanıb

3-07-2017, 07:44           
Pakistanda sərnişin furqonu yanıb, 6 nəfər ölüb, 25-i yaralanıb
Bazar günü Pakistanın Pəncab əyalətində sərnişin daşıyan furqonun yanması nəticəsində azı 6 nəfər ölüb, daha 25 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətlərinə istinadən "Geo TV" telekanalı məlumat yayıb.
Onun məlumatına görə, insident Multan şəhərində baş verib. İlkin məlumatlara görə, furqon qaz balonunun partlaması nəticəsində yanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i kritik vəziyyətdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru