Yeni Günəşlidə çökmə baş verib

3-07-2017, 20:57           
Yeni Günəşlidə çökmə baş verib
Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisi, Günəşli yaylasında çökmə (oturma) baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, Günəşli yaylası çökmə (oturma) sahəsində ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qruntun oturması, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.

Günəşli yaylasının qədim sürüşmə sahəsi olduğunu diqqətə çatdıran ekspedisiya rəisi bildirib ki, çökmə nəticəsində yaxınlıqdakı bir neçə ev deformasiya məruz qalıb.

Ə. Qaralovun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında, habelə Masazır qəsəbəsi M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında və “Zəli gölü” adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.