Abşeronda naməlum şəxslər 25 yaşlı gənci qaçıraraq döyüblər

4-07-2017, 10:31           
Abşeronda naməlum şəxslər 25 yaşlı gənci qaçıraraq döyüblər
Abşeronda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Goradil qəsəbəsində baş verib.
Belə ki, şəxsiyyətləri hələlik müəyyənləşdirilməmiş 4 nəfər 25 yaşlı Əhədov Fərid Balağa oğlunu avtomobillə Goradil qəsəbəsinə apararaq orada döyüblər.
Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb. F.Əhədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru