FHN yataqxanada yanğınla bağlı məlumat yaydı: - 15 sakin təxliyə olunub
4-07-2017, 11:10
Fövqəladə Hallar Nazirliyi Binəqədi rayonunda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 m2 olan otağın və eyvanının yanar konstruksiyaları, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərərfindən 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.
***
06:53
Bakıda yanğın hadisəsi baş verib.
Lent.az-ın “report”-a istinadən xəbərinə görə, Səttar Bəhlulzadə 39 ünvanında yerləşən yataqxanada elektrik qısaqapanmasından baş vermiş yanğın zamanı 5 nəfər müxtəlif dərəcəlli xəsarət alıb.
Xəsarət alanlardan biri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşıdır. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Digər 4 xəsarət alana isə ambulator yardım göstərilib.
Hadisə ilə əlaqədar binanın sakinləri təxliyə edilib. Alovun söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı binanın 5-ci mərtəbəsindəki 3 mənzil tamamilə yanıb.