"Dedim ki, məni söyürsən? Dedi ki, hə" - Şəkidə toy qanla bitdi - VİDEO

4-07-2017, 21:02           

Şəkidə bıçaqlanma hadisəsi baş verib.
teref.az ARB Şəki-yə istinadən xəbər verir ki, toyda sözləri düz gətirməyən gənclərdən biri digərini bıçaqlayıb.
Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb.
Müsalim Məhəmmədov - xəsarət alan şəxs: "Toyda olmuşdu. Su tökəndə ayağına düşdü, söyüş söydü. Dedim ki, məni söyürsən? Dedi ki, hə. Mən onu vurdum, o, məni bıçaqladı".

Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru