Lənkərana istirahətə gələn ailə qəzaya düşüb, 1 uşaq və 2 qadın yaralanıb - FOTO

6-07-2017, 10:04           
Lənkərana istirahətə gələn ailə qəzaya düşüb, 1 uşaq və 2 qadın yaralanıb - FOTO
Nənə və nəvənin vəziyyəti ağırdır
Lənkəranın Vel kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, "VAZ-2104" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
Nəticədə 1989-cu il təvəllüdlü Nəcəfova Nargilə Tahir qızı, 2013-cü il təvəllüdlü oğlu Nəcəfov Ələddin Əlizamin oğlu və uşağın nənəsi, 1957-ci il təvəllüdlü İsmayılova İmmi Heybət qızı xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Nəvə və nənənin vəziyyəti ağırdır. Yaralıların hamısı Bərdə rayon sakinləridirlər.
Avtomobildə ümumilikdə 5 nəfər olub. Qəza onlar Bərdədən Lənkərana istirahət mərkəzinə gedərkən baş verib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru