Nərimanov parkında 18 yaşlı qız acından ayağa qalxa bilmədi- FOTO

6-07-2017, 23:06           
Nərimanov parkında 18 yaşlı qız acından ayağa qalxa bilmədi- FOTO
Nərimanov parkında qalan kimsəsiz gənc qız vətəndaşların diqqətini çəkib.

TEREF.İNFO yazır ki, Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Nərimanov parkında gecələyir.

Gənc qız haqqında məlumat verən şəxs bunları bildirib.

“Bu qızı son 3-4 gündü Nərimanov parkında görürəm, bu gün yaxınlaşıb bir az söhbət etdim, acından skamyadan dura bilmirdi. Dedim gedək kafeyə, sənə yemək alım. Mənə yeriməyə halı olmadığını bildirdi. Dönər, kola alıb verdim. Sözlərinə görə, kimsəsiz uşaqlar evində böyüyüb. 18 yaşı olduğu üçün qanuna görə oradan çıxarıblar. Bir müddət kirayə qalıb, pulu verə bilmədiyi üçün 7-8 gündü evdən çıxıb, parklarda qalır”.

mənbə: gununsesi.info













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru