ABŞ-ın birinci xanımı Melaniya Tramp G-20 sammitinin açılış mərasiminə qatıla bilməyib. Bna səbəb Hamburq küçələrində keçirilən etiraz aksiyaları olub. Melaniyanın olduğu avtomobil sammitin keçirildiyi binaya yaxınlaşa bilməyib. Olayla bağlı melaniya rəsmi tvitter hesabında məlumat verib. Hadisədən sonra birinci xanım otelə qayıdıb. Qeyd edək ki, etiraz aksiyaları zamanı 130 nəfər yaralanıb, 40 nəfərə saxlanılıb. Teleqraf.com