Qadınlar arasında kütləvi dava olub – 6 nəfər xəsarət alıb

8-07-2017, 17:42           
Qadınlar arasında kütləvi dava olub – 6 nəfər xəsarət alıb
Ağdaş rayonunda qohumlar arasında kütləvi dava baş verib.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərinin Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qeydə alınıb.

Bir-biri ilə qohum olan qadınlar arasında baş verən davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Quliyeva Fidan Tərlan qızı, 1978-ci il təvəllüdlü Quliyeva Ülkər Məhyəddin qızı, 1964-cü il təvəllüdlü Quliyeva Şəhla Yaqub qızı, 1981-ci il təvəllüdlü Süleymanova Rövşanə Kəmaləddin qızı, 1998-ci il təvəllüdlü Süleymanova Gülcan Pünhan qızı, 2001-ci il təvəllüdlü Qasımov İzzət Maqsud oğlu Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, məhkəmənin qərarı ilə bu günlərdə boşanan oğlan və qızın anaları arasında dava cehizlik əşyaların geri qaytarılması ilə bağlı mübahisə yaranıb. Mübahisəyə digər qadınlar da qoşulub və onlar bir-birlərinə daş, küt alət, yumruqla zərbələr endirməklə xəsarət yetirib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru