Polisimizdən QÜRURVERİCİ ADDIM: özünü təhlükəyə atıb, iki qadını ölümdən QURTARDI - FOTO

8-07-2017, 17:52           

İyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, binanın bloklarından birinin 5-ci mərtəbəsindəki 4 mənzili alov bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülüb. Eyni zamanda, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti dərhal həyəcan siqnalı ilə yanğın baş verən ünvana gəlib.
Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.
Ə.Dərxot Dərhal Təcili Tibbi Yardım maşını ilə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Ə. Dərxotun həyatı üçün təhlükə yoxdur.


Polisimizdən QÜRURVERİCİ ADDIM: özünü təhlükəyə atıb, iki qadını ölümdən QURTARDI - FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru