ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində baş verən atışma nəticəsində 3 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Zərərçəkənlər arasında 6 yaşlı uşaq da var. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı təhlükədə deyil. Polis hələ ki, hadisənin təfərrüatı barədə məlumat vermir.